Aksiyalar və xəbərlərə qayıt

Podium Mall-da balaca qəhrəmanlar üçün unudulmaz bayram

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Podium Mall-da təşkil olunan tədbirlər yüzlərlə balaca ziyarətçini bir araya gətirdi.

Podium Mall-da balaca qəhrəmanlar üçün unudulmaz bayram

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl hazırladığımız 2 günlük xüsusi proqram balacalara və onların ailələrinə unudulmaz anlar yaşatdı. İllüziya şousundan face-arta, şar paylanmasından Bəhram Bağırzadə ilə eksklüziv görüşə qədər hər bir detal uşaqların üzündə təbəssüm yaratmaq üçün düşünülmüşdü.


• Tarix: 31 may və 1 iyun

• Saat: 18:00-dan etibarən

• Məkan: Podium Mall


İki gün ərzində Podium Mall sevinc, əyləncə və xoş emosiyalarla dolu bir məkana çevrildi. Tədbirə qatılan bütün qonaqlarımıza təşəkkür edir, balaca qəhrəmanlarımızın bayram sevincini bizimlə bölüşdükləri üçün minnətdarlığımızı bildiririk!

Podium Mall-da balaca qəhrəmanlar üçün unudulmaz bayram – 1