Aksiyalar və xəbərlərə qayıt

Balasso artıq Podium Mall-da!

Uşaqların sevimli oyuncaqlarını və inkişafetdirici məhsullarını indi Podium Mall-un 3-cü mərtəbəsində yerləşən Balasso-da tapa bilərsiniz.

Balasso artıq Podium Mall-da!

Balaca qəhrəmanlar üçün sevindirici xəbərimiz var! Uşaq oyuncaqları və inkişafetdirici məhsullar üzrə ixtisaslaşmış Balasso mağazası artıq Podium Mall-un 3-cü mərtəbəsində fəaliyyətə başlayıb.

Balasso-da uşaqların əyləncəli və faydalı vaxt keçirməsinə kömək edən geniş çeşiddə oyuncaqlar, inkişafetdirici oyunlar, yaradıcı dəstlər və müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş məhsullar təqdim olunur. İstər hədiyyə axtarışında olun, istərsə də övladınızı yeni və maraqlı oyuncaqlarla sevindirmək istəyin, Balasso-da hər zövqə uyğun seçimlər tapa bilərsiniz.

Mağazanın açılışı münasibətilə ziyarətçilər üçün xüsusi üstünlüklər də hazırlanıb. Müəyyən alış-verişlər zamanı qonaqları Balasso hədiyyə paketləri gözləyir. Bundan əlavə, 50 AZN və daha yüksək məbləğdə alış-veriş edən müştərilər üçün çatdırılma xidməti tamamilə pulsuzdur!

Balasso-nun rəngarəng dünyasını kəşf etmək üçün sizi Podium Mall-un 3-cü mərtəbəsinə dəvət edirik!